Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-06-2024 , 14:17

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Eyvaz Orucov: “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin həyata keçirdyi layihənin Qax rayonunda keçirilməsinin bələdiyyənin fəaliyyətinə müsbət təsir edəcəyinə inanırıq”

Xəbər verdiyimiz kimi, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda həyata keçirdiyi layihə çərçivəsində   Qax  bələdiyyəsinin  üzv və qulluqçularının iştirakıyla  keçirilən ilk görüş şəhər bələdiyyəsinin inzibati binasında baş tutdu. Bu barədə məlumatı ictimai birliyin sədri Vüqar Cəfərov  bildirib.

İctimai birliyin sədri görüş iştirakçılarına  layihə barəsində ətraflı məlumat verərək layihənin əsas məqsədinin  bələdiyyə idarəçiliyini təkmilləşdirmək və idarəetmə keyfiyyətini yüksəltmək, habelə bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasını təmin etməkdən ibarət olduğunu qeyd edib.

Vüqar Cəfərov bu müddət ərzində bələdiyyə sədrinin keçirdyi vətəndaş qəbullarında iştirak etdiyini və qəbullarda səslən fikirlərin  vətəndaş məmnunluğunun təmin edilməsində başlıca rol  oynadığını da dilə gətirib. 

Bu gün bələdiyyənin mülkiyyətində olan əmlakın icarəyə verilməsindən bələdiyyə  büdcəsinə kifayət qədər maliyyə vəsaitinin daxil olması təqdirəlayiq haldır.

Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov  “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin həyata keçirdyi layihənin Qax rayonunda keçirilməsinin bələdiyyənin fəaliyyətinə müsbət təsir edəcəyinə inandığını, həm də QHT- bələdiyyə münasibətlərinin tənzimlənməsində qarşılıqlı əməkdaşlığın mühüm rol oynayacağınıı qeyd edib.

Bu gün  bələdiyyə artıq rayonda gənc kadrlar üçün həm də bir təcrübə məktəbi hesab olunur. Son illərdə artıq iki bələdiyyə üzvü irəli çəkilərək  yüksək dövlət qulluğuna təyinat almaları təqdirəlayiq hal hesab edilir. 

Bələdiyyə sədri qeyd edib ki, bu gün Qax bələdiyyəsinin əsas fəaliyyəti vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlib. Sədr daha sonra qeyd edib ki, bələdiyyə mülkiyyətindən səmərəli istifadə edilməsi üçün var qüvvəmizlə çalışırıq. Bununla yanaşı vergi xidmətinin əməkdaşları  bələdiyyənin büdcə gəlirlərinin sabit saxlanılması və artırılması üçün çalışır.  Bələdiyyənin balansında olan qəbirstanlığın təmizliyi isə xüsusi olaraq diqqətdə saxlanılır.  Məhz əraziyə xidmətin göstərilməsi üçün bələdiyyə üç nəfəri işlə təmin edərək xidmət sahəsi yaradıb. Bu gün şəhərin qədim qəbirstanlığına su xətti çəkilib,  əlavə olaraq iş və əhaliyə xidmət otaqları yaradılıb. Yaxın günlərdə ətrafına hasar çəkilmiş qəbirstanlığa  təhlükəsizlik kameralarının quraşdırılması da nəzərə tutulub.

Sədr həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunan Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin yaratdığı imkandan maksimum  dərəcədə yaralanaraq əmlak vergisinin həcminin artırmağa çalışdıqlarını da bildirib.

Sədr xüsusilə vurğulayıb ki, hazırda Qax bələdiyyəsinin əsas məqsədi bələdiyyənin yaradılmış dayanıqlı maliyyə mənbələrini genişləndirməkdir.

Görüş də bələdiyyənin komissiya sədrləri, fəal bələdiyyə üzvləri Güllü Əhmədova və Dilarə Əhmədova səslənən təklif və tövsiyələrlə  bağlı öz münasibətlərini bildiriblər.

Görüşdə layihə çərçivəsində bələdiyyənin təsis edilməsinin 25 illiyinə həsr olunan  kitabların (foto-albomlar) forma və məzmunu barəsində geniş müzakirələr aparılıb.  Foto albom üçün  sorğu anketinin tez bir zaman kəsiyində doldurulması, habelə həyata keçirilən layihələrin keyfiyyət baxımından bələdiyyəyə gətirdiyi faydalara toxunulub.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir innovasiyaların tətbiqi ilə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi”  mövzusunda Qax rayonunda formalaşan bələdiyyələrdə  nəzərdə tutulan görüşləri davam edir.

 “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024